Ölkənin ən böyük bankından qlobal şirkətlər üçün daha bir ilk

Azərbaycan Beynəlxalq Bankı hər zaman olduğu kimi
yeni texnologiyaların tətbiqi sayəsində korporativ müştərilərinə xidmət
imkanlarını daha da genişləndirməkdədir.
İndi Bankın korporativ müştəriləri daha mütərəqqi rəqəmsal
kanal vasitəsilə əməkhaqqı köçürmələrini həyata keçirə bilərlər. Belə ki,
Bankın müştərisi olan transmilli şirkətlərin ənənəvi üsullardan istifadə etmədən
yalnız SWIFT sorğusu (MT 101) əsasında əməkdaşlarının əməkhaqqı köçürmələrini
icra etməsi mümkündür.
Bankın korporativ müştərilərinə təqdim etdiyi yeni
xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, xaricdə bank hesabına malik korporativ
müştərilər vahid platformadan (SWIFT) istifadə etməklə bank hesablarından həm
milli, həm də xarici valyuta ilə əməkhaqqı köçürmələrini birbaşa rahat şəkildə
həyata keçirə bilərlər.
Bu xidmətdən yalnız SWIFT (Ümumdünya
Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemində
qeydiyyatdan keçmiş korporativ müştərilərin yararlanması mümkündür.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ölkə
xaricində ən böyük müxbir şəbəkəsinə malik olan bankdır. Ona görə də Azərbaycanda
fəaliyyət göstərən bir çox qlobal şirkətlər onlara maliyyə xidmətlərinin təmin
olunması üçün məhz Azərbaycan Beynəlxalq Bankını seçir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























