Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsində azalma baş verib

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalaraq 1 687 773,8 min ABŞ dollarına enib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 132 816 min dollar və ya 29,7% artaraq 580 034,6 min dollar, idxal isə 148 788,8 min. dollar və ya 11,8% azalaraq 1 107 739,2 min dollar təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























