• $
  • €
  • ₽
  • ₺
  • £

WhatsApp vasitəsilə PUL GÖNDƏRMƏK funksiyası istifadəyə verildi

WhatsApp vasitəsilə PUL GÖNDƏRMƏK funksiyası istifadəyə verildi
16.06.2020 20:07
Pandemiya dövründə bir neçə yeniliyə imza atan WhatsApp platforması daha bir yeni funksiyasını elan edib. 
Anews.az Banco.az-a istinadən bildirir ki, Facebook Pay və Mastercard ilə əməkdaşlıq çərçivəsində şirkət istifadəçilərə 7 gün 24 saat ərzində tətbiq vasitəsilə pul göndərmə imkanı yaradacaq.

Xatırladaq ki, əvvəlki məqələlərimizdən birində şirkətin sözügedən funksiya ilə bağlı çalışmalar həyata keçirdiyini xəbər vermişdik. Dünən isə şirkət artıq bu funksiyanı Braziliyadakı istifadəçilərin ixtiyarına verib. Belə ki, istifadəçilər tətbiq vasitəsilə dostlarına və ailələrinə pul göndərə və onlardan da pul qəbul edə bilirlər. Braziliyadakı Mastercard sahibləri də sözügedən funksiyadan yararlanan ilk istifadəçilərdir.
Pul göndərmə funksiyası ilə yanaşı istifadəçilər WhatsApp Business Application vasitəsilə şirkətlərə də ödəmə həyata keçirə biləcəklər. Bununla da kiçik biznes sahibləri asan ödəniş qəbul etmə imkanı əldə edəcəklər.
Mark Zuckerberg mövzu ilə bağlı açıqlamasında aşağıdakı ifadələrə yer verib:
"Bu gün Braziliyada WhatsApp istifadəçiləri üçün yeni ödəmə funksiyasını başladırıq. Şəkil göndərmək qədər asan bir funksiyadan söhbət gedir. Həmçinin bununla kiçik müəssisələrin WhatsApp vasitəsilə satış həyata keçirmələrini təmin etmiş oluruq. Sözügedən funksiyanı həyata keçirmək üçün etibarlı və təhlükəsiz vasitə hesab edilən Facebook Pay-dən istifadə edirik. Bu funksiyanın həyata keçməsinə görə bütün tərəfdaşlarımıza təşəkkür edirəm. Banco do Brasil, Nubank, Sicredi və Braziliyadanın qabaqcıl ödəmə operatoru Cielo da daxil olmaqla bir çox yerli bankla əməkdaşlıq edirirk. Pul göndərmə funksiyasını ilk dəfə Braziliyada tətbiq etsək də, yaxın zamanda digər ölkələrə də çatacağıq."

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol