• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından iş adamları üçün daha bir imkan

Azərbaycan Beynəlxalq Bankından iş adamları üçün daha bir imkan
24.06.2020 17:24
Hər zaman müştərilərin yanında olan Azərbaycan Beynəlxalq Bankı qarantiyalarından faydalanan müştərilərin  seçim imkanlarının artırılması, onların valyuta risklərindən sığortalanması üçün daha bir addım atıb.
 
Bank xarici valyuta hesabında vəsaiti olan iş adamlarına həmin vəsaitin müvafiq ekvivalentinin bloklaşdırılması hesabına manatla qarantiya əldə etmək imkanı yaradıb.

Qeyd edək ki, indiyə qədər milli valyutada qarantiya əldə etməkdən ötrü iş adamları müvafiq məbləğdə xarici valyutanı manata çevirməli idilər. İndi isə Azərbaycan Beynəlxalq Bankında xarici valyutası olan müştərilərin manat qarantiyası əldə etmək üçün belə bir konvertasiya əməliyyatı həyata keçirmələrinə ehtiyac yoxdur.
Bank qarantiyası iş adamlarının tərəfdaşlıq imkanlarını genişləndirən, bu sahədə riskləri azaldan çox faydalı məhsuldur. Bütün dünyada biznes münasibətlərində bank qarantiyası xidmətindən geniş istifadə edilir. Bank tərəflərin bağlanmış əqd üzrə öhdəliklərini yerinə yetirəcəklərinə əvvəlcədən yazılı təminat verir. Beləliklə, biznes razılaşmalarının əldə olunması sürətlənir. Risklər aradan qalxmış olur.

Azərbaycan Beynəlxalq Bankı iş adamları üçün həm yerli səviyyədə, həm də xarici müxbir əlaqələri hesabına beynəlxalq miqyasda ən geniş qarantiya imkanları təqdim edən banklardandır. Bu sahədə zəngin təcrübəsi ilə bank sahibkarların biznesinə yaxından dəstək olur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol