• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile”-dan Gəncə məktəblilərinə dəstək - FOTOLAR

“Nar Mobile”-dan Gəncə məktəblilərinə dəstək - FOTOLAR
11.07.2014 15:46
İyun ayının 11-də Gəncədəki 43 saylı orta məktəbdə xüsusi bilik və bacarığı ilə fərqlənən məktəblilərin iştirakı ilə ənənəvi yay düşərgəsi start götürüb. 15 gün davam edən yay düşərgəsi çərçivəsində müxtəlif talant şoular, ingilis dili kursları, daxili turlar, idman və bilik yarışları təşkil edilib, seçilmiş xüsusi müəllimlər tərəfindən dərslər keçirilib. 100-ə yaxın şəhər məktəblisinin iştirak etdiyi düşərgənin ən fəalları xaricdə təşkil ediləcək yay düşərgəsinə qatılmaq hüququ qazanıblar. Belə ki, xüsusi bilik və bacarığı ilə seçilən 10 şagird Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər təhsil şöbəsi, Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universiteti, “Fireland” turizm şirkəti, “Bilik körpüsü” HRM və “Turan” inkişaf mərkəzinin dəstəyi ilə Şimali Kiprdə təşkil ediləcək 15 günlük beynəlxalq yay məktəbinə göndəriləcəklər.Təhsil və elmin inkişafına hər zaman dəstək verən “Nar Mobile” mobil operatoru bu xeyirxah təşəbbüsdən də kənarda qalmayıb. Yay düşərgəsinə dəstək verən mobil operatorun nümayəndələri layihə çərçivəsində təşkil edilən talant şoularda iştirak ediblər. “Azerfon” şirkətinin İnsan resursları departamentinin direktoru Mətanət Babayeva tədbirdə çıxış edərək, bu cür yarışların önəmindən bəhs etmiş, gələcəkdə peşəkar kadrların formalaşması üçün təhsil və biliyin oynadığı roldan söhbət açmışdır. Tədbirin sonunda bütün iştirakçılara şirkət adından hədiyyələr təqdim edilmiş, xatirə fotoşəkli çəkilmişdir.Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol