Bakıdan İstanbula bu qatarla gedəcəklər

Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət edəcək qatarlar Avropadan alınacaq.Bunun üçün İsveçrənin “Stadler Rail Group” şirkətilə danışıqlar aparılır.AzNews.az-ın məlumatına görə, bunu day.az saytına “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib.Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars marşrutu üçün 30 ədəd vaqon alınması planlaşdırılır.“Avropa standartlarına cavab verən plaskart, kupe və SV tipli qatarlar 2015-ci ilə qədər Bakıya gətiriləcək. Bu vaqonlar kondisionerlə təchiz olunub. Yerdəyişmə qabiliyyəti olan çarxlar sayəsində istənilən endə olan olan dəmir yollarında - həm MDB ölkələrində, həm də Avropa ölkələrində hərəkət edə biləcək”, - o əlavə edib.“Stadler Rail Group” şirkətinin saytında da qatar sifarişi aldıqları barədə məlumat yerləşdirilib. Məlumata əsasən, vaqonlara 120 milyon İsveçrə frankı (10 milyon avro) pul ödəniləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























