Bakı-Poti konteyner qatarının hərəkəti bərpa olunur

Respublikamızın nəqliyyat sistemi üçün mühüm əhəmiyyət kəsb edən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə konteyner yüklərinin cəlb olunması və dəmir yolu nəqliyyatı üzrə daşımaların rəqabət qabiliyyətinin artırılması məqsədilə “Azərbyacan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” MMC ilə birgə 1996-cı ildə işə salınmış, lakin sonradan fəaliyyəti dayandırılmış, Bakı-Poti konteyner qatarının hərəkətinin bərpası üzrə danışıqlara başlanılıb.“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu istiqamətdə artıq bir sıra tədbirlər görülüb, o cümlədən konteyner qatarının iş texnologiyası, hərəkət qrafiki, iritonnajlı konteynerlərin daşınma tarifləri razılaşdırılıb, yük göndərən və yük alanlarla görüşlər keçirilmş, yük və vaqon axınlarının təhlilləri aparılıb.Yaxın günlərdə qatarın buraxılması nəzərdə tutulur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























