• $
  • €
  • ₽
  • ₺
  • £

“Qala Həyat” müasir standartlara uyğun yenilənmiş saytını – TƏQDİM EDİB

“Qala Həyat” müasir standartlara uyğun yenilənmiş saytını – TƏQDİM EDİB
06.07.2020 10:09
Azərbaycan sığorta bazarına yeni məhsullar təqdim etməklə fərqlilik yaradan "Qala Həyat” şirkəti bu dəfə daha bir yeniliyə imza atıb.

Şirkət öz fəaliyyətində şəffaf informasiya siyasətini prioritet istiqamətlərdən biri hesab etməklə müştərilərinin sığorta məhsullarına əlçatanlığını daha rahat şəkildə təmin etmək məqsədi ilə əsas kommunikasiya vasitəsi olan rəsmi internet səhifəsini (www.qala.az) daha təkmil formada istifadəyə verib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, rəsmi internet resursunun yenilənməsində əsas məqsəd istifadəçilərin rahatlığını təmin etmək və müasir IT həllərdən istifadə etməklə zamanın tələblərinə uyğunlaşdırmaqdır.

Təkmilləşdirilmiş sayt dizayn və kontent cəhətdən əvvəlki versiyadan fərqli olaraq daha dinamik, funksional və rahatdır. Belə ki, əvvəlki versiyadan fərqli olaraq yeni rəsmi internet səhifənin dizaynı ilə yanaşı texniki imkanları daha da genişləndirilib.

Saytdakı yeniliklərdən biri müştərilər üçün xüsusi olaraq "şəxsi kabinet” bölməsinin yaradılmasıdır. Bu "şəxsi kabinet” vasitəsi ilə müştərilər qeydiyyatdan keçməklə öz hesablarına nəzarət etmək imkanını əldə edirlər.

Şəxsi kabinet vasitəsi ilə müştəri müvafiq sığorta növləri üzrə ödədiyi sığorta haqqı məbləğinə nəzarət edə bilər, həmçinin müqaviləyə ediləcək hər hansı bir dəyişikliyi, eləcə də müqaviləni onlayn şəkildə imzalaya bilirlər.  
   
Bundan başqa, könüllü sığorta növləri ilə yanaşı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər asan imza vasitəsi ilə müvafiq sığorta məhsulları üzrə şəhadətnamələr əldə edə bilərlər.   

Yenilənmiş sayt sığorta qanunvericiliyi və digər məlumatlarla zənginləşdirilib. Saytda onlayn ödəniş, müvafiq sığorta məhsulları üzrə hesablayıcı, eləcə də şikayət və təkliflərlə bağlı xüsusi bölmələr də yaradılıb.

Qeyd edək ki, koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələrindən biri də sığorta sektoru olub. Bu sektor üzrə inkişaf tendensiyasının azalmasına baxmayaraq, "Qala Həyat” sığorta şirkəti bu dönəmdə öz inkişafını uğurla davam etdirib. Bu dövrdə Şirkət IT infrastrukturunu daha da gücləndirərək yeni təkmil rəsmi veb-səhifəsini istifadəyə verməklə müştərilərinə daha yaxın olub. Postpandemiya dövründə də bu kimi işlər şirkətin əsas proritetləri hesab ediləcək. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol