• $
  • €
  • ₽
  • ₺
  • £

"Unicapital"ın rəhbərliyində - YENİ TƏYİNATLAR OLUB

"Unicapital"ın rəhbərliyində - YENİ TƏYİNATLAR OLUB
06.07.2020 14:50
"Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin qərarı ilə Tələt Kalayev "Unicapital” İnvestisiya Şirkəti ASC-nin biznes və biznesin inkişafı üzrə baş menecerin müavini təyin olunub.

Şirkətdən Anews.az-a verilən məlumata görə, Tələt Kalayev bu vəzifəyə təyin olunanadək "Unicapital”da baş menecerin müşaviri vəzifəsində çalışıb. O,  "Unicapital” İnvestisiya Şirkətinə 2020-ci ilin yanvar ayından qoşulub. Azərbaycan kapital bazarlarında 12 ildən çox iş təcrübəsinə malik olan Tələt Kalayev,  müxtəlif illərdə "Standard Kapital”, Böyük Britaniyanın "Kazimir Partners” investisiya şirkəti (tədqiqatçı-analitik), Bakı Fond Birjası (Ticarət və Üzvlük departamentinin rəhbəri) və "PAŞA Kapital” İnvestisiya Şirkətində (direktor müavini) çalışıb. Azərbaycan Dövlət Neft Akademiyasında BBA və MBA proqramları üzrə bakalavr və magistr dərəcəsinə malikdir və təhsilini Almaniyanın Aşağı Saksoniya Menecment Akademiyasında davam etdirib. CFA level II namizəddir.

"Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin digər qərarı ilə Tural Salmanov "Unicapital” İnvestisiya Şirkəti ASC-nin Maliyyə və Biznesə dəstək üzrə baş menecerin müavini təyin olunub. Tural Salmanov bu vəzifəyə təyin olunanadək həm "Unibank Kommersiya Bankı” ASC-də aparıcı daxili auditor, həm də "Unicapital” İnvestisiya Şirkətində daxili auditor vəzifəsində çalışıb. Tural Salmanov "Unicapital” İnvestisiya Şirkətində fəaliyyətə 2016-ci ilin mayından başlayıb. 2011-ci ildən isə Unibank komandasındadır. Ümumilikdə bank və maliyyə sektorunda 9 ilə yaxın təcrübəyə malikdir.
Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcəsinə malikdir. ACCA beynəlxalq imtahanları üzrə maliyyə sahəsində inkişafını davam etdirir.

Nizamnamə kapitalı 100%-lik "Unibank”a məxsus olan "Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. Şirkətin  ümumi kapitalı 1,5 milyon manata yaxındır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol