• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə 3 milyard 59 milyon manat vəsait ödənilib

Bu şəxslərə 3 milyard 59 milyon manat vəsait ödənilib
13.07.2020 14:53
2020-ci ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə sosial təminat növləti üzrə və birdəfəlik ödəmə formasında ödənilən məbləğ açıqlanıb.

Bu barədə ANEWS.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində həssas əhali qruplarının sosial təminatı ildən-ilə gücləndirilir, bu istiqamətdə ayrılan büdcə vəsaitləri də əhəmiyyətli dərəcədə artır. 2020-ci ilin ilk yarımilində bu artım dinamikası davam edib.

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:

1,3 mln. nəfərə yaxın pensiyaçının pensiyalarının maliyyələşdirilməsinə 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09 faiz çox olmaqla  2 mlrd. 250 mln. manat,

743 min nəfərə sosial müavinət və təqaüd ödənişi üzrə ötən ilin müvafiq dövrünə nisbətən 151 mln. manat və ya 46,6 faiz çox olmaqla, 475 mln. manat,
85 minə yaxın ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə təminatının maliyyələşdirilməsinə ötən ilin müvafiq dövrünə nisbətən 40,4 mln. manat və ya 62 faiz çox olmaqla, 105 mln. manat ödənilib.

Həmçinin pandemiya ilə əlaqədar dövlətin sosial dəstək tədbirlərindən biri kimi, respublika üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 600 min şəxs üçün aprel-may aylarında aylıq 190 manat birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün 229 mln. manat yönəldilib. 

Beləliklə, 2020-ci ilin 6 ayında Nazirlik tərəfindən 3 mln. nəfərə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ödənişlər edilib və həmin istiqamətlər  üzrə ötən ilin müvafiq dövrünə nisbətən 860 mln. manat və ya 40 faiz çox olmaqla ümumilikdə 3 mlrd. 59 mln. manat vəsait ödənilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol