• $
  • €
  • ₽
  • ₺
  • £

BirBank mobil tətbiqi vasitəsilə www.edvgerial.az portalındakı şəxsi kabinetinizi idarə edin!

BirBank mobil tətbiqi vasitəsilə www.edvgerial.az portalındakı şəxsi kabinetinizi idarə edin!
21.07.2020 13:31
 Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, bir neçə ay əvvəl www.edvgerial.az portalını istehlakçıların ixtiyarına verdi. Alış-veriş zamanı təqdim edilən çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i alıcının elektron kabinetindəki virtual "pul qabı”na yerləşdirilir. Dövlət Vergi Xidmətindən verilən məlumata görə 10 iyul 2020-ci il tarixinədək təqribən 365 min nəfər portaldan qeydiyyatda keçib, 5 milyon manata yaxın vəsait çeklər əsasında müştərilərə geri qaytarılıb.
 
Layihə çərçivəsində BirBank mobil tətbiqi istifadəçiləri üçün daha bir mühüm yenilik təqdim edilib. Belə ki, BirBank mobil tətbiqinin "Bonuslar” hissəsində "ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini BirBank vasitəsilə idarə edə biləcəklər. Həmçinin virtual "pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.
 
Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal İD-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda istehlakçı BirBank mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək, çekin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə edə bilər. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
 
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol