• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank 2020-ci ilin birinci yarısını mənfəətlə başa vurub

Unibank 2020-ci ilin birinci yarısını mənfəətlə başa vurub
21.07.2020 14:09
"Unibank” KB ASC 2020-ci ilin ilk 6 ayının maliyyə nəticələrini açıqlayıb. 30 iyun 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 9 milyon manat təşkil edib. İkinci rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 5 milyon manat olub. 2019-cu ilin birinci yarısı ilə müqayisədə 2020-ci ilk yarısında "Unibank”ın faiz gəlirləri 6% artaraq  42 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 715  milyon manat olub.

İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində artım qeydə alınıb. Hesabat dövrünə Bankın məcmu kapitalının həcmi 5 % artaraq 84 milyon manata çatıb.

2020-ci ilin ilk yarısı ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 77 milyon manat (və ya 17%) artaraq 523 milyon manata çatıb. İlin ilk 6 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin uyğun dövrü ilə müqayisədə 8 % artıb. Cari yarımillikdə biznes sektoruna ayrılmış kreditlərin məbləği 55 milyon manat təşkil edib. Kiçik və orta sahibkarlara verilmiş kreditin orta məbləğində də 1,7 dəfədən çox artım qeydə alınıb.
 
Unibank Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində may ayından başlayraq 1 milyon manatdan çox kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.

Birinici yarım il ərzində "Unibank”ın depozit portfeli 440 milyon manat təşkil edib.

Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin ilk yarısı ilə müqayisədə 30 iyun 2020-ci il tarixinə yalnız debet kartlarının sayında 37 % artım qeydə alınıb.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank- hər kəsin bankı!
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol