Naxçıvana investisiya qoyuluşu 1,4% artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 562,3 milyon manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,4% çoxdur.
Məlumata görə, 6 aylıq investisiya qoyuluşunun 537,7 milyon manatı və yaxud 95,6%-i tikinti-quraşdırma işlərində istifadə edilib ki, bu da illik müqayisədə 0,4% çoxdur.
Yanvar-iyun aylarında muxtar respublikada 145 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 182 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Muxtar respublikada tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsi məqsədilə "Elektron nəzarət portalı” yaradılıb.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2020-ci ilin yanvar-iyun aylarında 3 kənd mərkəzi istifadəyə verilmiş, 6 kənd mərkəzinin inşası davam etdirilir.
Muxtar respublikada 2 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 5 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində "Gənclər Yaşayış Kompleksi”nin tikintisi, tələbə yataqxanasının yenidən qurulması davam etdirilir.
Şərur rayonunun Dəmirçi kəndində içməli su xəttinin çəkilişi başa çatdırılıb, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun, Cəlilkənddə və Kəngərli rayonunun Qarabağlar kəndində içməli su şəbəkələrinin tikintisi davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























