Azərbaycan Beynəlxalq Bankı ölkədə təmassız əməliyyatları dəstəkləyən ilk ATM-ləri quraşdırdı

Ölkəmizin ən geniş ATM şəbəkəsinə malik bankı olan
Azərbaycan Beynəlxalq Bankı yeni nəsil ATM-lərin quraşdırılmasına başlayıb. Bu qurğuların
Azərbaycanın bank sektorundakı əsas yeniliyi NFC funksiyasına malik olmasıdır.
Bu isə o deməkdir ki, müştəri təmassız ödəniş kartı, ödəniş üzüyü, mobil
telefonu vasitəsilə də həmin ATM-lərdə əməliyyatlar edə bilər. Bu ödəniş vasitələrini
ATM-ə sadəcə yaxınlaşdırmaqla müxtəlif əməliyyatları təmassız həyata keçirmək,
o cümlədən balansdakı qalığı öyrənmək, hesaba mədaxil etmək və vəsaiti
nağdlaşdırmaq da olar.
Ölkəmizdə ağıllı ödəniş cihazları, o cümlədən ödəniş
üzükləri vasitəsilə ATM-lərdən istifadə indiyədək mümkün deyildi. Azərbaycan
Beynəlxalq Bankı ilk dəfə bu yeniliyi tətbiq etdikdən sonra artıq bu, mümkün
olacaq.
Yeni ATM-lər
vasitəsilə vəsaitləri cash-in qaydada kart hesabına keçirmək də mümkündür. Eyni
anda 250 - 300 əskinası hesaba mədaxil etmək olur. Müştərilər manatla yanaşı,
dollar və avro əskinaslarını da bu ATM-lər vasitəsilə müvafiq hesablarına
cash-in qaydada daxil edə bilərlər.
Yeni ATM-lər
Bakı və regionlardaki filiallarla yanaşı, müştərilərin sıx olduğu ərazilərdə və
partnyor şəbəkələrində də quraşdırılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























