• $
  • €
  • ₽
  • ₺
  • £

Modemləri işlək saxlamayın! – XƏBƏRDARLIQ

Modemləri işlək saxlamayın! – XƏBƏRDARLIQ
04.07.2014 22:05

Təhlükə var.

İnternet istifadəçilərinin modemi günlərlə işlək vəziyyətdə saxlaması insanların həyatı üçün təhlükəlidir.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev bildirib.

Onun sözlərinə görə, bəzi abonentlər internetdən istifadə etmədikləri vaxtlarda da modemi söndürmürlər:

“Hətta elə insanlar var ki, onlar modemləri aylarla elektrik şəbəkəsindən ayırmırlar. Bu zaman həm əlavə enerji sərfiyyatı olur, həm də yanğın təhlükəsi yaranır”.

Onun sözlərinə dörə, modem daimi olaraq işlək vəziyyətdə qaldıqda cihazda istilik ayırmaları baş verir və bu da həm cihazın tez bir zamanda sıradan çıxmasına, həm də tüstülənmə, yanğın hadisəsinin yaşanmasına səbəb olur:

“İnsanlar evdən çıxarkən və eləcə də yatarkən modemləri söndürmürlər. Bu zaman evdə yanğının baş verməsi və ağır nəticələr törətməsi mümkündür. Modemlərin instruksiyasında da göstərilib ki, istifadə olunmadıqda elektrik şəbəkəsindən ayrılmalıdır. Təəssüf ki, bu gün internet istifadəçilərinin bəziləri bu qaydaya riayət etmir. BTRİB abonentlərə müraciət edərək onları internetdən istifadə etmədikləri vaxt modemləri elektrik şəbəkəsindən ayırmağa çağırır”.

X.Kişiyev onu da bildirib ki, mənzillərdə uşaqlar modemlərdən uzaq tutulmalıdır:

“Dünyada baş verən hadisələrdən bəlli olur ki, valideynlərin nəzarətindən yayınan uşaqlar modemlərlə təmasda olduqları zaman arzuolunmaz hadisələr baş verir. Yeri gəlmişkən onu da qeyd edim ki, bəzən modemlərin tozunu almaq üçün nəm əsgilərdən istifadə olunur. Bu, tamamilə yolverilməzdir. Hər kəs bilməlidir ki, modemlər yalnız quru əsgilərlə silinməlidir”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol