• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq

“Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq
11.08.2020 15:10
"Qarabağ” yatağının dayaq bloku bu ayın sonu, ən gec isə sentyabrın ilk günlərində dənizə yola salınacaq.

Anews.az xəbər verir ki, bunu bu gün Bakı Dərin Özüllər Zavodunda "Qarabağ" əməliyyat şirkətinin baş direktoru Tahir Dadaşov bildirib.
"Artıq dayaq blokunun barjın üzərinə yerləşdirilməsi (sürüşdürmə üsulu ilə) prosesi başlayıb. Bu proses ideal hava şəraitində ən azı 48 saata həyata keçirilir. Dayaq bloku barjın üzərinə yerləşdirildikdən sonra orada bərkitmə, nəqliyyata hazırlıq işləri görülür. Bu işlər 2-3 həftəyə həyata keçirilir. Amma hər şey hava  şəraitindən asılıdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, dayaq blokunun dənizdə quraşdırılması işləri isə 280 gün davam edəcək. Baş direktor bu işlərin ən tez gələn ilin I rübündə yekunlaşacağını bildirib.

Qeyd edilib ki,ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasına başlanması mərasimində iştirak edib.

"Qarabağ” dayaq bloku SOCAR-ın "BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq.

Blokun tikintisi iki il müddətinə başa çatıb. Blokun hazırlanmasına 3.200.000 adam/saat sərf olunub. "STB-1” daşıma barjına sürüşdürmə üsulu ilə yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol