“Zeytun”-a 5 milyon manatlıq sifariş verilib

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan, bəzi dövlət və tədbirlər proqramlarında istifadə olunan dərman vasitələrinin satınalınması (1), eləcə də tibbi təyinatlı vasitələrin satınalınması (2 və 3) ilə bağlı elan etdiyi üç açıq tenderə yekun vurub.
Anews.az marja.az-a istinadən bildirir ki, vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderin qalibləri "Zeytun Pharmaceuticals” "FUAD-KİMYA SERVİS” MMC və "M-Complex” MMC-lərdir. Qalib şirkətlərə müvafiq olaraq 5 milyon 207,8 min manat, 1 milyon 687,2 min manat və 1 milyon 376,4 min manat, ümumilikdə isə 8 milyon 582,2 min manat ödəniləcək.
Qeyd edilir ki, "Zeytun Pharmaceutikals” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 600 manat, qanuni təmsilçisi isə Bəhruz Şirəliyev Əvəz oğludur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























