Azərbaycanda orta maaş nə qədərdir?

2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23 faiz artaraq 720,0 manat olmuşdur.
Anews.az-ın Dövlət Statistika Komitəsinə istinadən veridiyi məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
2020-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 min nəfər və ya 5,0 faiz artaraq 1 milyon 695,1 min nəfər olmuş, onlardan 922,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























