"Kapital Bank" nizamnamə kapitalını artırır

"Kapital Bank" ASC nizamnamə kapitalını 20 milyon manat və yaxud 8,85% artıraraq 225,85 milyon manatdan 245,85 milyon manata çatdırmağı planlaşdırır.
Anews.az xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd yeni imtiyazlı, faizli, adlı səhm buraxılacaq.
Bununla da, Bankın dövriyyədə olan, illik 15% gəlirliliyə malik imtiyazlı səhmlərinin sayı 50% artaraq 3 228 410-dan 4 842 615-a çatacaq.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə 1 həftə müddətində "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək. Bunun ilk 2 günündə mövcud səhmdarlara ("PAŞA Holdinq" MMC, "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lər, fiziki şəxslər) üstünlük hüququ tanınacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























