Ölkədə elektrik enerjisinin istehsalı artıb

2020-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2395,1 mln. kVt•st, ixracı 110,7 mln. kVt•st, idxalı 15,9 mln. kVt•st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 26,2 mln. kVt•st, ixrac 9 mln. kVt•st artıb, idxal isə 2,6 mln. kVt•st artıb.
Energetika Nazirliyindən Anews.az-a verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 mln.kVt•st artaraq 15346,9 mln. kVt•st olub.
Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı "Azərenerji” ASC üzrə 13726,7 mln. kV•ts (İES-lərdə 13086,6 mln. kVt•st, SES-lərdə 640,1 mln. kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 243,6 mln. kV•st (İES-lərdə 98,6 mln. kVt•st, SES-lərdə 120,9 mln. kVt•st, Günəş ES-də 24,1 mln. kVt•st), Müstəqil Elektrik Stansiyaları üzrə 1376,6 mln. kVt•st təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























