Azərbaycan startapları kraudfandinqə çıxarılacaq

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı prosesində yaxından iştirak edən Azərbaycan Beynəlxalq Bankı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin keçirdiyi startap layihələri müsabiqəsinə də dəstək verib. İlk mərhələdən keçmiş 10 layihə münsiflər heyətinə təqdim olunub. Onlar arasından 5 qalib seçilib.
Belə bir müsabiqənin məqsədi ölkəmizdə Kraudfandinqin inkişafına kömək göstərməkdir. Kraudfandinq ən müasir maliyyələşmə mexanizmlərindən sayılır. Bu, hər hansı layihənın kollektiv maliyyələşdirilməsi metodudur. Startapların, kiçik biznes layihələrinin maliyyələşdirilməsində, xeyriyyə kampaniyalarında, mədəniyyət aksiyalarında bu metoddan geniş istifadə edilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə reallaşdırdığı bu təşəbbüs ölkəmizdəki startapçıların da Kraudfandinqin imkanlarından faydalanmasına şərait yaradacaq. Müsabiqənin qaliblərinə marketinq, biznes dəstəyi veriləcək. Onlara peşəkar təqdimatların hazırlanmasında kömək göstəriləcək.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə startaplara dəstək məqsədilə özünün IBA İnnovasiya Mərkəzini də yaradıb. Bir neçə startap layihəsi hazırda burada inkubasiya mərhələsindədir. Mərkəz haqqında ətraflı məlumatlarla buradan tanış ola bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























