Bu iki kanalın yayımı dayandırılacaq

Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.
MTRŞ-dan anews.az-a bildirilib ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
4 avqust 2020-ci il tarixdə "Lider” televiziya kanalının efirində saat 20.00 – 21.00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "Lider” televiziya kanalının efirində 22 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























