• $
  • €
  • ₽
  • ₺
  • £

"İqtisadiyyat süni koma vəziyyətində qala bilməz" - MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA

"İqtisadiyyat süni koma vəziyyətində qala bilməz" - MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA
17.08.2020 17:24
COVİD-19 dövlətlərin sağlamlıq sistemlərini, cəmiyyətin maariflənmə və kommunikasiya səviyyəsini, hökumətlərin qərar qəbulunda çevikliyini, siyasətçiləri və iqtisadiyyatı sınağa çəkir. Məhz buna görə də dünyada koronavirus pandemiyasına yoluxanların azalma-çoxalmasından asılı olaraq dövlətin iqtisadiyyatında ciddi problemlər yaranır.
 
Azərbaycan da digər ölkələr kimi növbəti yumşalma prosesini həyata keçirir. Bəs görəsən bu cür yumşalmalar uzun müddət qapalı qalan fəaliyyət növlərinə necə təsir edəcək? 
 
İqtisad elmlər doktoru,professor, deputat  Rüfət Quliyevin sözlərinə görə dünya iqtisadiyyatı uzun zaman süni koma vəziyyətində qala bilməz.

"Yumşalmaların mərhələli şəkildə baş verməsi gözlənilən prosesdir. Dünyada baş verən prosesin ardı bizdə də davam edir.Bir çox ölkələrdə, İtaliya, Almaniya, İspaniya kimi ölkələrdə yumşalmadan sonra aktiv xəstələrin sayı artdı və sərt karantin rejimi yenidən tətbiq olunub. Maydan bəri dünya iqtisadiyyatında 3,5 trilyon dollar geriləmə olub. Bu da o deməkdir ki, dünya iqtisadiyyatı kifayət qədər itkikərə məruz qalıb. İşsizlərin sayı artır.
Dünya iqtidasiyyatı fəaliyyətini bərpa etməlidir. Həmçinin, bu proses Azərbaycanda reallaşdırılmalı, şərtlərə əməl etməklə iqtisadiyyatımız bərpa olunmaldır, – deyə  Quliyev bildirdi.
 
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, isə pandemiya bu templə davam edərsə sahibkarlara mütləq dəstək olunmalıdır. Əks halda iqtisadiyyatımız çox zərər görəcək.  
 
"Kiçik orta sahibkarlıqla məşğul olan bəzi biznes sahələri, əsasən də turizm, xidmət sahəsi , şadlıq sarayları, kafe və restoranlar, qeyri ərzaq ticarət obyektləri kifayət qədər ciddi zərər görüb. Bunların iqtisadiyyatda oynadığı rol ondan ibartdir ki, vergi ödəyiciləri kimi büdcəyə böyük həcmdə vergi ödəməsələr də işçi qüvvəsi baxımından çox önəmli sahələrdir.

Bu sahələrdə 5 aya yaxındır durğunluq müşahidə olunurdu. Yumşalmaya getdikcə az da olsa bunların dövriyyəsində müəyyən artımların olması ehtimalı var. Məhdudiyyətlərin qaldığını nəzərə alsaq, insanların alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Gəlirlər azalıb. Əsas xərclər də ərzağa və kommunal xərclərə yönəlib. Ona görə də insanların kafe və restoranlara və ya geyim almağa əlavə vəsaiti azdır. Bu nəzərdən yumşalma addım-addım olsa belə həmin sahələrdə ciddi dəyişikliyin olacağına yeni iş yerlərinin açılacağına dövrüyyələrinin sürətlə artacağına söyləmək çətindir. Bunun üçün bir müddət lazımdır. Əgər bu zaman kəsiyində kiçik və orta sahibkarlara və xidmət sahəsində çalışanlara dəstək olunmasa onların uzun zaman özünə gəlməsi problemli görünür. İqtisadiyyatın özünə gəlməsi üçün aylar lazım olacaq".
 
Natiq Cəfərlinin fikrincə, insanlar artıq qənaət rejiminə keçiblər. Pul xərcləmək istəmirlər. Çünki qarşıdakı aylarda hansı dalğaların olacağından xəbərsizdilər. Kafe və restoranların açılması pozitiv addım olsa da iqtisadiyyata birdən müsbət təsir edəcəyini söyləmək təəssüf ki, mümkün deyil.
 
Həkim Adil Qeybullanın fikrincə, isə sərt karantin qaydalarını yumşaldılması və sosial həyatın fəallaşması karantin qaydalarına ciddi əməl etməklə xüsusi bir təhlükə yaratmır.
 
"Bu virusun yayılmasına ciddi təsir edə bilməz. İnsanlar karantin davranışlarını, qapalı məkanlarda sosial məsafə gözləsə, maska taxsa, əlləri dezinfeksiya etsə, bir sözlə şərtlərə ciddi əməl etsələr problem olmaz. İkinci dalğa olsa belə intensiv olacağı gözlənilmir. Hər şey karantin qaydalarına əməl etməkdən keçir”, - deyə o, bildirib.
 
Gülnar Nazimqızı
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol