Ölkəmizdə bir ilk: indi fiziki şəxslər də məsafədən bank hesabı aça bilər!

Müştərilərin vaxtına dəyər verən Azərbaycan Beynəlxalq
Bankı onlar üçün məsafədən xidmət imkanlarını genişləndirməkdədir. Fərdi müştərilər
indi banka gəlmədən özlərinə məsafədən hesab aça bilərlər. Fiziki şəxslər üçün
bu imkanı ölkəmizdə ilk dəfə məhz Azərbaycan Beynəlxalq Bankı yaradıb.
Hesabın açılması prosesi https://openaccount.ibar.az səhifəsi üzərindən
həyata keçirilir. Məsafədən hesabın açılması üçün fiziki şəxslər ilk növbədə
"ASAN İmza”-ya sahib olmalıdırlar. Müştəri "ASAN İmza” vasitəsilə sistemə daxil
olub lazımi sənədləri və məlumatları təqdim edir. Sonra özü videogörüş vaxtı müəyyənləşdirir.
Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə
autentifikasiya barədə müştəriyə ümumi məlumat verir. Bank hesabının açılmasına
və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən
hesablar avtomatik açılır. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri
barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və
hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə
saxlaya bilər. Yeni açılmış hesab dərhal bankın mobil tətbiqində görünür və müştəri
filiala getmədən mobil telefonu vasitəsilə bu hesab üzərindən bank əməliyyatları
aparmaq imkanına malik olur.
Bankda hesabın olması müasir dövrdə əksəriyyət üçün
bir zərurətdir. Hüquqi şəxslər, sahibkarlıq subyektləri ilə yanaşı, fiziki şəxslər
də özlərinə hesab açdıraraq müxtəlif bank əməliyyatlarını hesablar üzərindən
nağdsız qaydada apara bilərlər. Bank hesabının açılması indiyə qədər müəyyən
zaman tələb edən proses idi. Hesabın məsafədən açılması imkanı isə müştərinin əlavə
vaxt sərf edərək banka gəlmək, növbədə gözləmək ehtiyacını aradan qaldırır.
Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev
bildirib: "Bu, Azərbaycan Beynəlxalq
Bankının pərakəndə bankçılıq sektorunda tətbiq etdiyi daha bir innovativ
ilkdir. Artıq hesab açmaqdan ötrü bankın xidmət ofislərinə gəlməyə ehtiyac
yoxdur. Bunu hər kəs onlayn kanallar vasitəsilə çox rahat bir şəkildə həyata
keçirə bilər. Məsafədən hesab açmaq fiziki şəxs müştərilərin işini
asanlaşdıracaq, onlar üçün yeni və faydalı təcrübələr yaradacaq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























