• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Gömrük Komitəsi: Risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq

Dövlət Gömrük Komitəsi:  Risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq
22.08.2020 22:30
Dövlət Gömrük Komitəsinin tətbiq edəcəyi daha bir yeni layihəyə əsasən sərhədkeçmə əməliyyatları zamanı risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq.

Bu barədə anews.az-a Komitədən bildirilib.

Qurumun Risklərin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyevin verdiyi məlumata görə yeni layihə gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, Komitənin sərəncamında olan resursların daha riskli sahələrə yönləndirilməsinə, eləcə də gömrük orqanlarında beynəlxalq tələblərə cavab verən risklərin idarəolunması sisteminin qurulmasına şərait yaradacaq. Eyni zamanda, bu yenilik Komitənin səlahiyyətlərinə aid edilən sərhədkeçməyə sərf olunan vaxtın azaldılmasını da özündə ehtiva edir ki, bu da "Doing Business" indeks göstəricisi üzrə ölkəmizin mövqeyinin gücləndirilməsinə təsir göstərən mühüm amildir.

Nəzərdə tutulan yeniliyin detallarına gəlincə isə sistem hər bir sərhədkeçmə əməliyyatı üzrə müəyyən olunmuş risk meyarlarına əsasən məlumatları emal edir, onlara riyazi müəyyən olunmuş əhəmiyyətlilik dərəcəsi üzrə xüsusi çəki verir və nəticədə aparılmış qiymətləndirməyə görə əməliyyatın riskli olub-olmaması ehtimalını müəyyən edir.Qiymətləndirmənin nəticəsinə uyğun olaraq avtomatik şəkildə həyata keçiriləcək gömrük nəzarətinin forması müəyyənləşdirilir.

Qeyd edilib ki, hal-hazırda layihənin tam şəkildə tətbiqi məqəsədilə texnoloji proseslərin işlənilməsi həyata keçirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol