• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın həmsədrlərinin iştirakı ilə videokonfrans keçirilib

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın həmsədrlərinin iştirakı ilə videokonfrans keçirilib
28.08.2020 09:51
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika nazirləri Pərviz Şahbazov və Nurlan Noqayevin iştirakı ilə videokonfrans keçirilib.
 
Anews.az bildirir ki , görüşdə ortaq etnik-tarixi köklərə malik, dost və qardaş ölkələr - Azərbaycanla Qazaxıstanın münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından bəhs edilib. Hökumətlərarası Komissiyanın bu münasibətlərin möhkəmləndirilməsinə töhfələri qeyd edilib. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasının 2020-ci ilin oktyabr ayının ikinci yarısında keçirilməsi razılaşdırılıb. "Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti, həmçinin Qazaxıstan neft məhsullarının Azərbaycana çatdırılması” və "Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının ikinci iclasının isə sentyabrda keçirilməsi təklifinə baxılıb. 


Videokonfransda "OPEC plus” çərçivəsində əməkdaşlıq və qlobal neft bazarının cari vəziyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Qazaxıstanın Energetika naziri Nurlan Noqayev hazırda neftin bir barrelinin 46 dollara yüksəlməsində OPEC və qeyri-OPEC ölkələrinin həyata keçirdiyi tədbirlərin mühüm rol oynadığını bildirib.  

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov isə deyib ki, "OPEC plus” çərçivəsində qəbul edilmiş qərar hazırkı situasiyada yeganə mexanizm olduğunu sübuta yetirir: ""OPEC plus” razılaşmasının müsbət nəticələri göstərir ki, biz doğru qərar qəbul etmişik. Çalışırıq ki, bundan sonra da öhdəliyimizin 100 faiz icrasına nail olaq”. 

Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətindən irəli gələn digər əməkdaşlıq məsələləri də müzakirə edilib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol