Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim

Azərbaycan
Respublikasının Mərkəzi Bankının,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Bank Tədris
Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycan Beynəlxalq Bankı sahibkarlar
üçün onlayn formatda təlim təşkil edib. Bankın "Sahibkarlar Klubu” üzvlərinin
iştirak etdiyi təlim "Sahibkarın pul axını və kredit” mövzusuna həsr edilib.
Təlimdə Azərbaycan Bank Tədris Mərkəzinin
ekspertləri sahibkarlara maliyyə resurslarının effektiv idarə edilməsi, o cümlədən
gəlir və xərc proqnozlarının düzgün aparılması, risklərin qiymətləndirilməsi, maliyyə
ilə bağlı digər məsələlərin optimal həll yolları ilə bağlı məlumat veriblər.
Mövzu üzrə sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib.
Azərbaycan Beynəlxalq Bankının Korporativ bankçılıq
üzrə Baş direktoru Nərgiz Biləndərli klub üzvləri üçün bu cür silsilə tədbirlərin
davam etdiriləcəyini bildirib: "Sahibkarlar Klubu kiçik və orta sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fərdi sahibkarlara, eləcə də hüquqi şəxslərə müxtəlif imtiyazlar
yaradır. Üzvlərimiz üçün biznesin inkişafı ilə bağlı müxtəlif dəstək
proqramlarının, məsləhət və təlim xidmətlərinin təqdim olunması da bura
daxildir. İş adamları Sahibkarlar Klubuna üzv olaraq bu imkanlardan faydalana
bilərlər”.
Sahibkarlar Klubunun fəaliyyəti haqqında ətraflı
məlumatı buradan əldə
etmək mümkündür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























