• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslər 3000 manatadək cərimə olunacaqlar

Bu şəxslər 3000 manatadək cərimə olunacaqlar
07.09.2020 22:42
Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər isə iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Anews.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, ali və orta ixtisas təhsili müəssisələrinin "Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin "Şagird-məzun dövlət elektron məlumat sistemlərinə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə, bu sıraya Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə daxil edilməməsi əlavə olunur.


Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.


Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev APA-ya açıqlamasında deyib ki, İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsi yeni redaksiyada təklif olunur. Onun sözlərinə görə, "Təhsil haqqında" qanunda Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali və orta ixtisas təhsili müəssisələrinin "Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin "Şagird-məzun dövlət elektron məlumat sistemlərinə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə məsuliyyət nəzərdə tutulur: "Bununla əlaqədar  İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə yeni redaksiyada dəyişiklik edilir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol