• $
  • €
  • ₽
  • ₺
  • £

İndi hər kəs TamKart ala bilər

İndi hər kəs TamKart ala bilər
08.09.2020 13:08
 Azərbaycan Beynəlxalq Bankı TamKart sahibi olmaq istəyən müştərilərin seçim imkanlarını daha da genişləndirib. İndi debet rejimində istifadə edilən TamKart Debet məhsulunu da Bankdan əldə etmək olar.

İndiyə qədər TamKart sahibi olmaq istəyən şəxs üçün kredit xətti açıldığından müştərinin rəsmi iş yerinin olması tələb edilirdi. Amma indi hər kəs TamKart sahibi ola, öz vəsaitlərini kart hesabına yerləşdirərək nağdsız ödənişlər aparıb kəşbək qazana bilər.

Elə TamKartın müştərilər üçün əsas üstünlüyü də ödənişlər zamanı onlara kəşbək qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən faizini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq Bankının "QayğıCash” proqramı çərçivəsində isə Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı əlavə kəşbəklər də müştərinin kart hesabına geri qayıdır.

TamKart Debet məhsulu müştərilərə 4 növdə təqdim edilir: VISA TamKart Classic, Mastercard TamKart Standard, TamKart Gold (VISA/MC),  TamKart Platinum (VISA/MC) və TamKart Premium (VISA/MC). TamKart Debet kartının ön tərəfində debet, arxa tərəfində kredit kart məlumatları əks olunur. Kartdan istifadə müddəti 5 ildir (TamKart Premium  - 3 il).

TamKart Debet-in əsas özəllikləri:

-TamKart Classic/TamKart Standard, qiymət - 20 AZN, kəşbək-1%
-TamKart Gold, qiymət - 50 AZN, kəşbək-1%
-TamKart Platinum, qiymət - 100 AZN, kəşbək-1.5%
-TamKart Premium, qiymət - 300 AZN- kəşbək-1.5%

Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək, kartı onlayn sifariş vermək olar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol