• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Azərbaycanla yükdaşıma tariflərinin endirilməsini müzakirə edir

Türkiyə Azərbaycanla yükdaşıma tariflərinin endirilməsini müzakirə edir
11.09.2020 23:00
"Azərbaycanla ticarət həcmimizi artırmağı hədəfləyirik. Məqsədimiz Azərbaycanla Preferensial Ticarət Sazişi imzalamaqdır”
Anews.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Bu il fevralın 25-də Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasnını İclasında iki ölkə arasındakı ticarət həcmini artıracaq Preferensial Ticarət Sazişinin imzalandığını xatırladan R.Pekcan: "Müqavilənin daxili ratifikasiya prosesinin Azərbaycanda tamamlanmış olduğunu məmuniyyətlə qarşılayırıq. Biz də daxili ratifikasiya prosesini Böyük Millət Məclisi açılar-açılmaz tamamlayacağımıza ümid edirik. Məqsədimiz Azərbaycanla Preferensial Ticarət Sazişi imzalamaqdır”.

Nazirin sözlərinə görə, koronavirus pandemiyası dövründə Türkiyənin Orta Asiya ixracatında İran üzərindən göndərilən daşımaların dayanması Gürcüstan-Azərbaycan- Xəzər marşrutunun əhəmiyyətini daha da artırdı. "Bu xəttin və xüsusən dəmir yollarının ticarətdə daha aktiv istifadə olunmasını arzulayırıq. Bu məqsədlə Azərbaycan höküməti ilə Türkiyə Azərbaycanla yükdaşımalar üzrə tariflərin azaldılması üçün məsləhətləşmələr aparılır”, - deyə R.Pekcan bildirib.
Xatırladaq ki, Azərbaycan "Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında" Qanunu 2020-ci ilin mayın 31-də ratifikasiya edib.

Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol