Mənzillərin qeydiyyatı üçün səyyar sənəd qəbulu harda keçiriləcək?

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlanıb.
Bu barədə Anews.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 14-da Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1 156 ünvanında, sentyabrın 16-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 41B ünvanında, sentyabrın 18-də isə Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi, 657 ünvanında keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























