• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı restoranlarının birindən iyrənc mənzərə - FOTO

Bakı restoranlarının birindən iyrənc mənzərə - FOTO
30.06.2014 16:53
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 9 ünvanında yerləşən fiziki şəxs Həsənov Yaşar Şahbaz oğluna məxsus “Çinarlı” restoranında göstərilən xidmətin standartların tələblərinə uyğunluğu araşdırılıb.ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, Komitədən verilən məlumata görə, yoxlamalar nəticəsində aşkar olunub ki, restoranda bir neçə gün qabaqcadan hazırlanmış qazan yeməkləri yenidən qızdırılaraq müştərilərə təqdim edilir.Müəssisədə hazırlanan “lülə” kababdan nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) sınaq laboratoriyasına təqdim edilib. Götürülmüş nümunənin müayinəsi nəticəsində kababın tərkibində ümumi mikroorqanizmlərin və bağırsaq çöpü qrupundan olan mikroorqanizmlərin sayının normadan kifayət qədər fərqləndiyi aşkar edilib.Həmçinin, müəssisədə yeməklərin hazırlanması zamanı hər hansı təsdiq edilmiş resepturadan istifadə olunmadığı, soyuducularda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna riayət edilmədiyi, istismar olunan ölçmə vasitələrinin dövlət yoxlanışından keçirilmədiyi aşkar edilib.Bundan başqa müəssisədə realizasiyası həyata keçirilən müxtəlif növ alkoqollu və alkoqolsuz içkilərin, həmçinin, məhsul istehsalında istifadə edilən xammalların gigiyenik və uyğunluq sertifikatları, istifadə olunan heyvan ətinin baytarlıq müayinəsindən keçirildiyini təsdiq edən sənəd, hazırlanan yeməklərin sınaqlarının aparılması ilə bağlı müayinə protokolları, işçilərin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyib.Aşkar edilən bu və digər nöqsanlarla bağlı restoran rəhbərinə inzibati protokol tərtib edilib, standartların tələblərinə uyğun gəlməyən məhsulların hazırlanması və satışı qadağan edilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol