• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pensiyalarla bağlı bu məhdudiyyətlər GÖTÜRÜLDÜ - RƏSMİ

Azərbaycanda pensiyalarla bağlı bu məhdudiyyətlər GÖTÜRÜLDÜ - RƏSMİ
18.09.2020 19:33
Azərbaycanda yaşa görə pensiya alanların əlilliyə görə pensiyaya keçidində yaranan məhdudiyyətlər aradan qaldırılır.
KONKRET.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov deyib.
Onun sözlərinə görə, bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Yaxın müddətdə Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulan layihədə pensiyaçıların öz pensiya növünü dəyişdirə bilməsi ilə bağlı qoyulan məhdudiyyət də aradan qaldırılır:
"Hazırkı qanunvericiliyə əsasən, yaşa görə pensiya alanların əlilliyə görə pensiyaya keçidində məhdudiyyətlər var. Yeni layihədə bu məhdudiyyət aradan qaldırılır. Bundan əlavə, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs başqa bir pensiya və ya müavinət hüququ yarandıqda bu hüququndan istifadə edə biləcək”.
E.Abbasov qeyd edib ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və ya sosial müavinət növünü seçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürüləcək:
"Məsələn, ailəyə düşən məbləğ 300 manatdır. Ailədə 3 nəfər varsa, hər şəxsə 100 manat pul düşür. Ailə üzvlərindən birinin başqa bir pensiya və ya sosial müavinət hüququ yarandı. O zaman həmin 100 manat digər ailə üzvləri arasında bölünəcək və qalan 2 nəfərin hər birinə 150 manat veriləcək. Hazırda isə dayandırılan həmin məbləğ digərlərinə verilmir”.
E.Abbasov qeyd edib ki, yeni layihədə işləyən pensiyaçıların əmək pensiyalarının yenidən hesablanması da avtomatlaşdırılır.
Şöbə müdirinin sözlərinə görə, layihə qəbul olunduğu təqdirdə işləyən pensiyaçılar işdən ayrıldıqları zaman nazirlik tərəfindən onların pensiyasının avtomatik qaydada yenidən hesablanması həyata keçiriləcək. İşçinin pensiyaya çıxdıqdan sonra işlədiyi dövr üçün də topladığı pensiya kapıtalı nəzərə alınacaq və bu məbləğ yenidən hesablanaraq pensiyanın üzərinə avtomatik qaydada əlavə olunacaq:
"Bunun üçün şəxsin müvafiq sənədlər təqdim etməsinə ehtiyac qalmayacaq. Yenidən hesablama proaktiv qaydada həyata keçiriləcək. Pensiyanın nə qədər artması və nə zamandan ödənilməyə başlanılacağı barədə məlumat vətəndaşın mobil telefonuna və ya ünvanına göndəriləcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol