• $
  • €
  • ₽
  • ₺
  • £

ABB “EY İlin İş Adamı™” müsabiqəsinə yenidən dəstək verir

ABB “EY İlin İş Adamı™” müsabiqəsinə yenidən dəstək verir
21.09.2020 15:34
Dünyanın ən böyük audit-konsaltinq şirkətlərindən olan "EY” şirkəti "EY İlin İş Adamı™” müsabiqəsinə növbəti dəfə start verib. Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı yönündə layihələr həyata keçirən Azərbaycan Beynəlxalq Bankı da müsabiqəyə dəstək verir. Müsabiqənin daha bir sponsoru isə BP şirkətidir.

"EY İlin İş Adamı™” öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal proqramdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib və hazırda dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində hər il mütəmadi keçirilir. "EY İlin İş Adamı™” müsabiqəsi ötən il ölkəmizdə də ilk dəfə Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə baş tutub. Yeni müsabiqədə iştirak etmək istəyən sahibkarlar, iş adamları, müəssisə rəhbərləri öz ərizələrini 21 noyabr 2020-ci ilədək proqramın təşkilat komitəsinə təqdim edə bilərlər.

Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Müsabiqədə iştirak etmək istəyən şirkətin son iki il ərzində 300 min manatdan 30 milyon manatadək dövriyyəsi olmalıdır. Uyğunluq meyarları və proqramla bağlı ətraflı məlumatı buradan əldə etmək olar.
Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı qazanacaq.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Ötən il "EY İlin İş Adamı™” müsabiqəsi ölkəmizdə ilk dəfə uğurla baş tutdu. Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq onlayn həllərin köməyi ilə qalibin seçilməsi mümkün oldu. Azərbaycan Beynəlxalq Bankı bu il keçirilən müsabiqəyə də məmnuniyyətlə dəstək verir. Məqsədimiz sahibkarlara öz işgüzar əlaqələrini genişləndirmək, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaratmaqdır”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol