• $
  • €
  • ₽
  • ₺
  • £

Neft yenidən ucuzlaşdı

Neft yenidən ucuzlaşdı
23.09.2020 17:09
Amerika Neft İnstitutunun (APİ) ABŞ-da neft ehtiyatlarının həcminin artması barədə verdiyi açıqlama "qara qızıl"ın qiymətlərinə təsirsiz ötüşməyib. 

Bu gün Böyük Britaniyanın paytaxtı Londonun "İCE Furutes” birjasında keçirilən hərracda "Brent” markalı neftin 1 bareli 0,8% ucuzlaşaraq 41,4 ABŞ dollarıa satılıb (ötən gün isə 0,7% ucuzlaşma ilə qiymət 41,72 dollara düşüb). ABŞ-ın Nyu York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin 1 bareli 0,95% ucuzlaşaraq 39,42 dollara realizə edilib. Halbuki ötən gün həmin neftə dair oktyabr müqaviləsinin dəyəri 0,7% artaraq 39,6 dollara, noyabr müqaviləsinin dəyəri isə yenə də 0,7% artaraq 39,8 dollara çatmışdı. 

Ötən gün APİ 11-18 sentyabr tarixləri ərzində ölkədəki neft ehtiyatlarının 691 min barel artdığını, benzin ehtiyatlarının isə 7,7 milyon barel, distilat ehtiyatlarının da 2,1 milyon barel azaldığını açıqlayıb. "S&P Global Platts” xəbər verir ki, ekspertlərin fikrincə, benzin ehtiyatları 1,9 milyon barel azalıb, distilat ehtiyatları isə 1,2 milyon barel artıb. Bu gün axşam veriləcək rəsmi məlumatda ötən həftə neft ehtiyatlarının 4 milyon barel azalmasının bildiriləcəyi gözlənilir.
 
Qeyd edək ki, ABŞ-ın Meksika körfəzi sahilləri avqustun axırında Laura tropik qasırğasının, ötən həftə Salli tropik qasırğasının, dünən isə Beta qasırğasının zərbələrinə tuş gəldiyi üçün sözügedən bölgədə neft hasilatı qurğularının 7,1%-nin fəaliyyəti dayandırılmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol