• $
  • €
  • ₽
  • ₺
  • £

Səfərbərliyə çağırılanların kreditlərini kim ödəyəcək?

Səfərbərliyə çağırılanların kreditlərini kim ödəyəcək?
30.09.2020 12:19
Sentyabrın 27-dən cəbhədə yaranan gərginlik sonrası Azərbaycanda qismən səfərbərlik elan edilib. Beləcə yaxın müddətdə təxlis olan hərbi qulluqçular və vaxtilə Silahlı Qüvvələrdə zabit kimi xidmət etmiş vətəndaşlar yenidən ordu sıralarına icbari qaydada cəlb olunur. 

Belə olduğu təqdirdə sosial şəbəkələrdəki qruplarda insanlar ən çox ipoteka kreditləri barədə qayğılarını dilə gətirirlər. Onları ipoteka kreditlərinin aqibətinin necə olacağı maraqlandırır?


Hüquqşünas Xalid Bağırov deyir ki, bu barədə qanunlarda boşluq var.  Müqavilə imzalanarkən tərəflər arasında belə bir fors-major hal qeyd edilmədikdə ipoteka krediti ilə ev satan tərəf aylıq pulunu tələb edə bilər. Hətta icbari səfərbərliyə çağırılan şəxs işdən işə gəlmədiyi üçün qovula da bilər.


Mövzu ilə bağlı anews.az Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət edib. 


Fonddan bildirilib ki, hazırda bununla bağlı bir yekun qərar yoxdur, lakin şikayətlər çox olarsa, bu barədə hər hansısa tədbir görülə bilər .
 
Milli Məclisin Iqtisadiyyat məsələləri üzrə komitənin üzvü Rüfət Quliyev məsələ ilə bağlı bildirib ki, dövlət səfərbərliyə gedən vətəndaşlara hər zaman dəstək olacaq:
"Mən inanmıram ki, dövlət belə bir hala imkan versin. Kim icazə verər ki, hərbi vəziyyətdə belə addımlar atılsın. Lazım olarsa özüm də dəstəkləyəcəm ki, belə addımlar atılmasın".
O həmçinin qeyd edib ki, bugün Milli Məclisin iclasında səfərbərliklə və şəhidlərin statusu ilə bağlı müzakirələr edilib. Yaxın zamanlarda şəhidlərə tanınan imtiyazlar artırıla bilər. 


Hazırladı: Əminə Məmmədova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol