• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan iqtisadiyyatı müharibə apara bilərmi?

Ermənistan iqtisadiyyatı müharibə apara bilərmi?
01.10.2020 11:52
Müasir dövrdə müharibə aparmaq həm də iqtisadi gücə və imkanlara əsaslanır. Təbii ki, döyüş meydanında əsgərin gücü, ruh yüksəkliyi, texnika və texnologiyanın varlığı və ondan istifadə vərdişləri, komandalığın döyüşü planlaşdırmaq bacarığı həlledici rol oynayır. Bunlarla yanaşı təhcizat, maliyyə imkanları, iqtisadiyyatın dözümlülüyü müharibə aparan tərəfin qələbəsini təmin edən əsas amllərdəndir.

Artıq 4-cü gündür davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan işğalçılarını torpaqlarımızdan çıxartmaq üçün əks hücum əməliyyatlarına başlayıb. Bir sıra ərazilər düşməndən azad edilib. Erməni işğalçı qüvvələri bütün istiqamətlərdə ağır itkilər verməklə məğlubiyyətin hər gün yaxınlaşdığını hiss etməkdədirlər. Azərbaycan ordusu döyüşdə ən müasir silahlarla yanaşı müasir metodlardan da istifadə edir.

Ermənistan rəhbərliyi döyüş başlayan gündən bütün səylərini döyüşü dayandırmağa yönəldiblər. Müxtəlif olkələrin rəhbərlərinə zəng edən Ermənistan baş naziri onlardan Azərbaycanın əks hücumunu dayandırmağı xahiş edir. Niyə Ermənistan bu qədər tələsir, döyüşün dərhal dayandırılmasını xahiş edir? Səbəb yalnız hərbidirmi?

Təhlillər göstərir ki, Ermənistan iqtisadi cəhətdən qısa müddətli belə döyüş aparmağa qadir deyildir. Təqribi hesablamalara görə son günlər məhv edilmiş erməni texnikaların dəyəri artıq 1 milyard dolları keçir. Gündəlik döyüş əməliyyatlarını aparmaq milyonlarla dollara başa gəlir. Ermənistanın isə belə bir müharibəni davam etdirmək üçün iqtisadi gücü də yoxdur. İqtisadi cəhətdən 3 dəfə Azərbaycandan kiçik olan Ermənistanın hərbi büdcəsi cəmi 658 milyon dollardır. Azərbaycan ordusunun hərbi büdcəsi isə 2.3 mlrd dollardır, yəni 4 dəfəyə yaxın böyükdür. Digər tərəfdən Azərbaycan iqtisadiyyatının ehtiyatları kifayət qədər böyükdür, strateji ethiyatlarımız 52 milyard dollara yaxındır ki, Ermənistanda bu rəqəm 2.6 milyard dollar təşkil edir. Pandemiya dövrü Ermənistan iqtisadiyyatına ciddi zərbə vurmuşdur, halbuki Azərbaycan iqtisadiyyatı bu dövrdə ən az zərər görən iqtisadiyyatlardandır. Qarabağda döyüşlər başlayan kimi erməni dramının devalvasiyaya uğraması iqtisadi vəziyyətin çox gərgin olduğunu deməyə əsas verir. Digər tərəfdən, Ermənistan iqtisadiyyatının əsas gəlir mənbəyi dağ-mədən sənyesidir. Dağ mədən sənayesi isə həm Azərbaycanın işğal olunmuş ərazilərindən, həm də dövlət sərhədinə yaxın Ermənistan ərazilərindən hasil edilən məmulatlar hesabına xeyli gəlir əldə edir. Azərbaycanın apardığı uğurlu əməliyyatlar nəticəsində hər iki ərazisdə hasilat dayanmışdır ki, bu da Ermənistanı əsas gəlir mənbəyindən məhrum edir.

Beləliklə, Ermənistan hökuməti nə hərbi cəhətdən, nə də iqtisadi cəhətdən Azərbaycanla müharibə aparmaq gücündə deyil. Bunu özləri də yaxşı anlayırlar, ona görə bütün dünyaya yalvarırlar. Bütün təhlillər Azərbaycanın şəksiz qələbəsini proqnozlaşdırır.
 
Milli Məclisin İqtisadi Siyasət Məsələlər üzrə komitəsinin sədri 
Tahir Mirkişili

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol