Azərbaycan Beynəlxalq Bankından onlayn köçürmə ilə ordumuza dəstək imkanı

Torpaqlarımızın
işğaldan azad edilməsi üçün Ermənistan silahlı birləşmələrinə qarşı rəşadətlə
döyüşən ordumuza dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı daha bir addım
atıb. Çoxsaylı vətəndaşlarımızın bu günlərdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait
köçürmək üçün kütləvi müraciətlərini nəzərə alaraq Bank bu köçürmələri onlayn
qaydada aparmaq imkanı yaradıb.
Belə ki,
Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələri indi Azərbaycan Beynəlxalq
Bankının bu xidməti üzərindən yerinə yetirmək olar. Ölkənin ən böyük kommersiya
qurumlarından olaraq Azərbaycan Beynəlxalq Bankı özü də dünən Silahlı Qüvvələrə
Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.
Azərbaycan
Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirilib: "Bütün mənəvi və maddi dəstəyimizlə qəhrəman
hərbçilərimizin yanındayıq. Bu günlərdə torpaqlarımızın azadlığı uğrunda ordumuzun
sıralarına qoşulanlar arasında Bankımızın çoxsaylı əməkdaşları da var. Hər gün
yüzlərlə vətəndaş Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməkdən ötrü Azərbaycan
Beynəlxalq Bankının filiallarına müraciət edir. Bunun özü də cəmiyyətimizdəki qələbə
ruhunun bir göstəricisidir. Biz isə Fonda vəsaitlərin köçürülməsi prosesini
asanlaşdırmaqdan ötrü onlayn həllərimizi vətəndaşlarımızın istifadəsinə verdik.
Bu tarixi günlərdə ordumuzun zəfəri üçün hər bir vətəndaşımız əlindən gələni
edir. Əminik ki, belə bir həmrəyliklə Qələbə tezliklə bizim olacaq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























