Azərbaycanın sığorta bazarı 13% böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 528,653 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Anews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 262,996 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 49,9% çoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























