Ordumuzu “Mobil Şöbə” əlavəsi ilə dəstəkləyə bilərsiniz!

Torpaqlarımızın
azad olunması uğrunda gedən döyüşlərdə
igidliklə döyüşən cəsur əsgərlərimizə dəstək olmaq məqsədilə xalqımız Silahlı
Qüvvələrə Yardım Fonduna vəsait köçürməyə davam edir.
Xalqımızın
bu gözəl təşəbbüsünü dəstəkləyən Bank Respublika, operativ olaraq "Mobil Şöbə” əlavəsində
yeni imkan yaradıb. Belə ki, indi bütün Mobil Şöbə istifadəçiləri, əlavədə
yaradılan yeni bölməyə daxil olaraq istənilən məbləği bir toxunuşla Silahlı
Qüvvələrə Yardım Fonduna köçürə biləcəklər. Köçürməni bank hesabı və ya istənilən
yerli bankın kartı ilə etmək mümkündür.
Qeyd edək
ki, "Bank Respublika”da Silahlı Qüvvələrə Yardım Fonduna istər vətəndaşlar, istərsə də müəssisələr tərəfindən
edilən bütün ianə və köçürmələri komissiyasız və məhdudiyyətsiz həyata keçirilir.
Qarabağ Azərbaycandır!
Qələbə bizimlədir!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























