Moody's “Bank Respublika”nın yüksək reytinqini bir daha təsdiqlədi

Moody's beynəlxalq reytinq agentliyi
"Bank Respublika”nın uzunmüddətli kredit reytinqini bir daha "B3” səviyyəsində
təsdiqləyib, bu isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən
biridir. Reytinqin təsdiq olunması bankın yüksək kapitallaşması, səhmdarların dəstəyi,
mənfəətin artması və eləcə də bankın yetərli qədər likvidliyi ilə bağlıdır.
Moody's mütəxəssisləri, Bankın kapital
göstəricilərinin yaxın 12-18 ay ərzində sabit qalacağını və bunun maliyyə
ehtiyatlarının yaradılması üzrə xərclərin mümkün artması təqdirdə, kapitalın
daxili artım potensialı sayəsində mümkün olacağını qeyd ediblər. Kreditlərin
ümumi aktivlərdəki payının yüksək olmaması və likvid vəsaitlərin buferinin yetərli
səviyyəsi, "Bank Respublika”ya rəqib banklarla müqayisədə daha yüksək risklərin
qarşılanmasına imkan yaradır.
Bundan başqa, 2020-ci ilin avqust ayının
sonuna I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,7%, məcmu kapitalın adekvatlıq
əmsalı isə 15,9% təşkil edib ki, bu da minimal normativ tələblərdən müvafiq
olaraq 5%-dən və 10%-dən çoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























