• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir

“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir
21.10.2020 17:26
"AccessBank” bu günlərdə Qarabağ və ətraf bölgələrdə baş verən hadisələrdən kənarda qalmır. Bununla bağlı olaraq, Bank isti üst və alt geyimləri, gündəlik tələbat malları və gigiyenik vasitələri özündə birləşdirən individual hərbi dəstlər hazırlayıb. Dəstlər "AccessBank”ın cəbhəyani filialları tərəfindən yaxınlıqdakı hərbi hissələrə  - Silahlı Qüvvələrin sıralarına qatılanlara çatdırılıb.

"AccessBank” həmçinin müharibədən əziyyət çəkən mülki əhaliyə də humanitar yardım göstərib. Əsasən Bərdə və Ağcabədi ərazisində zərər çəkmiş sakinlərin gündəlik tələbatını ödəmək üçüb Bank müvafiq bölgələrin yerli icra qurumlarına yorğan-döşək, xırda məişət avadanlığı, birdəfəlik qablar yollayıb. Layihə  ASK - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə həyata keçirilib.

Qeyd edək ki, daha öncə  "AccessBank” baş verən məlum hadisələrlə bağlı olaraq, bankın cəbhəyani filiallarında, həmçinin hücumlara məruz qalan digər bölgələrdə işləyən əməkdaşları üçün təlimlərə start verib. Bərdə, Gəncə, Mingəçevir və Qazaxda həyata keçirilən təlimlərin əsas məqsədi filial əməkdaşlarını fövqəladə hallar zamanı atılacaq addımlar,  mülki müdafiə və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmaq olub.

"AccessBank” korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq, Qarabağ və ətraf bölgələrdə cari vəziyyət davam etdikcə əhaliyə yardım göstərməyə davam edəcək. Bankın kollektivi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə soydaşları ilə həmrəydir, həmçinin cəbhə bölgəsinin əhalisinə hərtərəfli dəstək olmaqda  davam edir və hər bir azərbaycanlının tezliklə evinə qayıdacağına inamını bildirir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol