• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq
23.10.2020 17:50


Bakcell şirkəti özünün yüksək keyfiyyətli və ən sürətli mobil şəbəkəsini işğaldan azad olunmuş torpaqlarımıza doğru genişləndirəcək.
Torpaqlarımızın düşməndən təmizlənməsinin ardınca Bakcell böyük qürur hissi ilə Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi və ən yüksək keyfiyyətli mobil rabitə xidmətləri göstərməyə davam edəcək. Müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla Bakcell işğaldan azad olunmuş ərazilərdə dayanıqlı mobil rabitə infrastrukturunun qurulmasına başlayacaq.

Bu günlərdə Bakcell cəbhəyanı zonalar daxil olmaqla bütün olkə ərazisində yüksək keyfiyyətli mobil rabitəni təmin etmək üçün şəbəkənin optimallaşdırılmasını və 24 saat ərzində nəzarət işlərini həyata keçirir. Hazırda cəbhəyanı ərazilərdə fəaliyyət göstərən səyyar baza stansiyaları sayəsində Bakcell burada kəsintiz mobil rabitə xidməti göstərir.

Bütün sahələrdə Ordumuza və xalqımıza dəstək olan Bakcell şirkəti cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 500 min manat məbləğində vəsait köçürüb, digər sosial məsuliyyət layihələrinin icrasına başlayıb.

Xatırladaq ki, 2017-ci ildə Şirkət Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq orada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə yeni baza stansiyası qurulub. Daha sonra Bakcell şirkəti Cocuq Mərcanlı sakinləri üçün xüsusi tarif hazırlayıb.

Rəşadətli Ordumuzun zəfər xəbərlərini səbirsizliklə gözləyirik. Qarabağ Azərbaycandır!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol