• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı: Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub

Dünya Bankı: Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub
20.06.2014 18:16
 Azərbaycan Milli Elmlər Akademiyasında Dünya Bankının baş iqtisadçısı Mona Prasadla görüş keçirilib.AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMEA İqtisadiyyat İnstitutu ilə yanaşı, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA Elmi İnnovasiya Mərkəzi, AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi və s. qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə Dünya Bankının Azərbaycanla bağlı hesabatı dinlənilib. “İqtisadi diversifikasiya və inkişaf” adlı məruzə ilə çıxış edən M.Prasad Dünya Bankının həyata keçirdiyi layihə haqqında məlumat verib. O bildirib ki, bütün Avropa və Mərkəzi Asiya ölkələrini əhatə edən layihə çərçivəsində təbii resurslarla zəngin və qeyri-zəngin ölkələr təhlil olunub. Aparılan təhlillər nəticəsində ölkənin orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilə imkanları müəyyən olunub. M.Prasad layihə çərçivəsində Dünya Bankı tərəfindən aparılan, Azərbaycanın orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə imkan verəcək təhlillərin nəticələri ilə iştirakçıları tanış edib. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin üstünlük təşkil etdiyini vurğulayan məruzəçi neft istehsalının ölkədə ümumdaxili məhsula verdiyi töhfə nəticəsində Azərbaycanın orta gəlirli ölkələr sırasına daxil olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının insan kapitalının inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyən M.Prasad bu istiqamətdə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlyetərliyinin əsas strateji xətt olaraq ön plana çəkildiyini bildirib. M.Prasad ölkədə bir sıra həlli vacib problemlərə də toxunub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol