• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq
20.06.2014 13:09
Bakı şəhər yol polisi intizamsız sürücülərə xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Bakının mərkəzi küçələrində - Zərifə Əliyeva, Tərlan Əliyarbəyov, H.Z.Tağıyev, Yusif Məmmədəliyev, Rəsul Rza, Xaqani, Cəfər Cabbarlı, Xaqani parkının ("Malakan bağı") ətrafı və digər küçələrdə 95 parkomatın quraşdırılmasına baxmayaraq, sürücülər yenə də dayanma, durma, parklama qaydalarının pozulması hallarına yol verir.
V.Əsədov deyib ki, quraşdırılan parkomatlar hesabına avtomobillərin sərbəst saxlanılmasına şərait yaradılıb. Lakin aparılan müşahidələr və tərtib edilmiş protokollar, eləcə də gün ərzində evakuasiya edilən avtomobillər və ya hazırlanmış fotomaterialların təhlili göstərir ki, sürücülər hələ də qadağan olunmuş ərazilərdə dayanmağa üstünlük verirlər.
Bakı şəhər polisi xəbərdarlıq edir ki, qadağan olunmuş ərazilərdə park edilən avtomobillər qəti şəkildə mühafizə olunan dayanacaqlara evakusiya vasitəsilə aparılacaq: "Xahiş edirik ki, narazılığın yaranmaması, eləcə də Bakı şəhəri ərazisində süni hərəkət sıxlığının yaranmaması məqsədilə sürücülər diqqətli olsunlar və qanuna riayət etsinlər".
V.Əsədovun sözlərinə görə, gün ərzində Bakı şəhərində təxminən 400-ə yaxın avtomobil sürücüsü barədə dayanma, durma, parklama qaydalarının pozulmasına görə protokol tərtib edilir. Əvvəlki aylara nisbətən azalma müşahidə edilsə də, bu sahədə vəziyyət qənaətbəxş deyil.
Qeyd edək ki, Bakıda getdikcə parkomatların sayı artırılacaq. İlin sonunadək 1000 parkomat gətirilərək quraşdırılacaq. Hazırda Bakıda müvəqqəti duracaqlarla bağlı tətbiq ediləcək yeniliklər son sınaq mərhələsindədir. Bəzi yerlərdə isə parkomatlardan istifadə edilməsi üçün artıq qiymətlər də aşağı salınıb: "Məsələn, Heydər Əliyev Sarayının arxasındakı duracaqda qiymətlər aşağı düşüb. Səhər saat 08:00-dan axşam saat 20:00-a kimi 12 saat ərzində avtomobili saxlamağın aylıq qiyməti 30 manatdır. Yəni günə cəmi 1 manata düşür. Ödəniş aylıq deyil, gündəlik olanda saatı 50 qəpik, 12 saatı 3 manatdır. Bu qiymətlər hələlik yalnız Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan parkinqlərə aiddir. Özəl parklama yerlərində isə qiymətləri onlar özləri təyin edirlər".
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol