• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell ölkəmizdə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator oldu

Azercell ölkəmizdə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator oldu
07.11.2020 17:04

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru "Azercell Telekom” MMC ISO 37001:2016 "Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını əldə edərək yalnız rabitədə deyil, korporativ mədəniyyət sahəsində də öz birinciliyini nümayiş etdirmiş oldu. Sertifikatlaşdırılma auditi ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkəti tərəfindən keçirilmişdir. ISO 37001:2016 standartları təşkilatlarda müxtəlif fəaliyyət istiqamətləri üzrə korrupsiya riskinin azaldılması məqsədilə daxili nəzarət sistemlərinin, proses və təlimatların yaradılmasını, tətbiqini, dövri olaraq effektivliyinin yoxlanmasını və təkmilləşdirilməsini tələb edir. Öz fəaliyyətində ənənəvi olaraq etik biznes standartlarını və şəffaflığı prioritet hesab edən Azercell şirkətində artıq bir neçə ildir ki, ən qabaqcıl nümunəyə uyğun antikorrupsiya proqramı mövcuddur. Antikorrupsiya idarəetmə sistemi şirkətlərdə fəaliyyətin bütün istiqamətləri üzrə korrupsiyanın qarşısının alınmasına xidmət etməklə, həmçinin etik davranışın təbliğ olunmasını, bu məqsədlə işçilərə təlimlərin verilməsini nəzərdə tutur.
 
Standartların tələblərinə həmçinin, maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes subyektlərinin uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir. Təqdirəlayiq haldır ki, Azercell-dəki antikorrupsiya idarəetmə sisteminin İSO 37001 standartlarının tələblərinə tam uyğun olmaqla bərabər, bir çox istiqamət üzrə bu sahədəki ən yaxşı təcrübəni əks etdirdiyi audit zamanı auditorlar tərəfindən xüsusi qeyd edilmişdir.     
 
Qeyd edək ki, ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilmişdir. İSO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində ilk və qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol