Unibank şəhid ailəsini himayəsinə götürüb

Şəhidlik zirvəsinə yüksəlməzdən
az öncə çəkdiyi videosu ilə bizi kövrəldən, cəsurluğu ilə qürurlandıran, qəhrəmanlığı
ilə fəxarətləndirən Şahin Allahyarovla bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan
fəxr edir. https://www.youtube.com/watch?v=A7zWJ9B1pF0
Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş
şəhidimiz Quba rayonu, Zizik kənd sakini Allahyarov Şahin Hüseynbala oğlunun
ailəsini himayəyə götürüb. Unibank
rəhbərliyinin bu qərarı haqda şəhidimizin ailəsinə məlumat verilib. Yaxın
aylarda dünyaya gələcək, igid atasının adını daşıyacaq balaca Şahin 18
yaşınadək Unibankın himayəsində olacaq.
18 il ərzində şəhid övladının aylıq təminat xərcləri və ali məktəbə qəbul
olunduğu halda 4 illik universitet xərcləri bank tərəfindən qarşılanacaq. Ali
məktəbi bitirdikdən sonra şəhid övladının istədiyi təqdirdə Unibankda işlə
təminatı da həyata keçiriləcək.
Onlar Azərbaycan bütövləşsin, daha da qüdrətlənsin, torpaqlarımız
işğaldan azad olunsun, bizlər, övladlarımız Vətənimizdə daha xoşbəxt yaşayaq
deyə, Şəhid oldular. Onlar torpaqlarımıza sahib çıxdılar- biz bu torpaqlarda
daha firavan yaşayaq deyə! Biz isə onların ailələrinə, övladlarına sahib
çıxmalıyıq- onlar öz məzarlarında rahat uyusun deyə! Onlar öz qəhrəmanlıqları
ilə bizə ölkəmizin ərazi bütövlüyünü miras qoyub gedirlər, bizim borcumuz
qəhrəman şəhidlərimizin övladlarını atalarının miras qoyduğu azad, bütöv
Azərbaycanda xoşbəxt, qayğısız yaşatmaqdır!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























