• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobus mədəniyyətimiz yoxdur - Problem

Avtobus mədəniyyətimiz yoxdur - Problem
19.06.2014 16:38
İctimai davranış qaydalarına laqeydlik əxlaqi dəyərlərin də oturuşmasını əngəlləyir. Müşahidələr göstərir ki, davranış qaydalarının ən çox pozulduğu yerlərdən biri ictimai nəqliyyat sahəsidir. 
”Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyindən ANN.Az-a daxil olan xəbərdə bildirilir ki, Bakı şəhərindəki ictimai nəqliyyatda davarnış qaydaları barədə müsbət fikirlər söyləmək hələ tezdir. İctimai Birlik Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “İctimai nəqliyyatda davranış mədəniyyətinin yüksəldilməsinə dair yeni təşəbbüslər” adlı maarifləndirmə layihəsi gerçəkləşdirib.
Bunun üçün paytaxtdakı ayrı-ayrı marşrut xətlərində monitorinqlər keçirilib, sürücü və sərnişinlərin ictimai davranış qaydaları barədə məlumatlılıq dərəcəsinin yoxlanılması üçün onlar  sorğuya cəlb edilib. Müşahidələrin və sorğunun nəticələri qənaətbəxş deyil: “Avtobuslarda davranış mədəniyyəti aşağı səviyyədədir. Bu, həm sürücülərə, həm də sərnişinlərə şamil edilməlidir. Məsələn, əksər sürücülər yeri gəldi-gəlmədi sərnişinlərlə kobud davranır, sürət həddini aşır, dayanacaqlardan kənarda avtobusu saxlayıb sərnişin götürür, avtobusların salonlarında maqnitofon oxudur, siqaret çəkir, su butulkalarını, boş siqaret qutularını necə gəldi yollara tullayır. Narahatlıq doğuran digər məsələ sürücülərinin avtobuslara nəzərdə tutulandan daha artıq sərnişin götürməsi və bəzən bir-birlərilə yarışmasıdır. 
Avtobusların salonlarında təmizliyə riayət edilmir. Halbuki, onlar hər gün marşrutlara buraxılmazdan əvvəl salonları təmizlənməli, lazım gəldikdə yuyulmalıdır. Buna isə əməl edilmir. 
Sərnişinlər də ictimai nəqliyyatda müşahidə olunan vəziyyəti görüb şəraitə uyğun hərəkət edirlər. Onlarda da davranış qaydalarına laqeydlik yaranır. Məsələn, sürücülərdən avtobusu dayanacaqdan kənarda saxlamağı tələb etmək, buna əməl edilməyəndə sürücülərlə kobud davranaraq onları təhqir etmək və s. 
Avtobusun salonlarının təmiz olmaması sərnişini də bir çox hallarda içərini zibilləməyə təhrik edir. Cibgirlik hallarının geniş yayılması, bəzən sürücülərin buna şərait yaratması, eyni zamanda sərnişinlərin zərəçəkən şəxsə kömək etməməsi ictimai davranış qaydalarının kobud şəkildə pozulması hallarının siyahısına aid edilməlidir. Avtobuslarda adi etik qaydalara əməl olunmamasının nəticəsidir ki, tez-tez sərnişinlərlə sürücülər arasında mübahisələr, dava-dalaş baş verir”-deyə İctimai Birlik bildirib.
Qurum hesab edir ki, hazırda Bakı şəhərində gerçəkləşdirilən nəqliyyatın intellektual idarə olunması sisteminin mükəmməl işləməsi üçün nəqliyyatda ictamai davranış qaydalarının səviyyəsi də yüksək olmalıdır. ”Əqli Mülkiyyətçilərə Kömək” İB davranış qaydalarının səviyyəsinin yüksəldilməsi üçün müvafiq təkliflərin hazırlayaraq aidiyyatı dövlət qurumlarına və sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə təqdim edib.
Eyni zamanda ictimai davranış qaydalarının təbliğinə dair maarifləndirici vəsaitlər hazırlanaraq avtobus sürücüləri və sərnişinlər arasında yayılıb. ”Hesab edirik ki, irəli sürdüyümüz təşəbbüslər, davranış mədəniyyətilə bağlı sürücülərə xüsusi kursların keçirilməsi barədə təkliflərimiz bu sahəyə nazarət edən müvafiq qurumları maraqlandıracaq”-deyə İctimai Birlik bəyan edib.
Qurum təklif edib ki, marşrut avtobuslarında çalışan sürücülər sərnişinlərlə davranış mədəniyyətilə bağlı xüsusi kurslar və müsabiqələrə cəlb olunmalı, sərnişinlərin maariflənmələri üçün televiziyalarda və digər mətbuat orqanlarında sosial reklamlar yerləşdirilməli, nəqliyyat işçilərinin də davranış etikası kodeksi qəbul olunmalıdır.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol