• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni işğalı Azərbaycanın sığorta bazarına nə qədər zərər vurub? - RƏSMİ

Erməni işğalı Azərbaycanın sığorta bazarına nə qədər zərər vurub? - RƏSMİ
12.11.2020 11:51
Erməni işğalının Azərbaycan sığorta bazarına vurduğu zərərlər açıqlanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Oxu.Az-a verilən məlumata əsasən, analitik araşdırma qrupu təcavüzkar Ermənistanın bu günə qədər işğalı altında olan Azərbaycan ərazilərinin sığorta potensialını araşdırıb.

30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərinin 20 faizinin işğalda olması sektora əhəmiyyətli dərəcədə itki qazandırıb. 

Bu günə qədər işğal altında saxlanmış şəhər və kəndlərimizdə 1993-cü il, yəni işğal olunduğu tarixə qədər mövcud olan və erməni vandalları tərəfindən tam yararsız hala salınmış yaşayış və qeyri-yaşayış obyektlərinin cəminə görə Azərbaycan sığorta bazarı sadəcə "Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 1 ilə 4 milyon 985 min 100 manat, işğal altında olmuş 30 ilə isə 149 milyon 553 min manat yığım təmin edə bilərdi. Bu, sadəcə "Daşınmaz əmlakın icbari sığortası” növü üzrə ölkə iqtisadiyyatının sığorta bazarından təmin edə biləcəyi və düşmən işğalı səbəbilə itirdiyi maddi vəsaitdir.

Bu qəbildən yüklərin sığortası, vətəndaşların fərdi sığortası, eyni zamanda elektrik, qaz, su kommunikasiya xətlərinin sığortası, kənd təsərrüfatı sığortası, avtomobillərin sığortası, irriqasiya sistemlərinin sığortası və s. nəzərə alsaq, 30 illik erməni işğalının Azərbaycanın sığorta bazarına vurduğu zərər ümumi həcmdə bir milyard manata yaxındır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol