• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistan ən azı 30 il geri düşdü” – Tahir Mirkişili

"Ermənistan ən azı 30 il geri düşdü” – Tahir Mirkişili
13.11.2020 12:29
"Biz oz müstəqilliyimizi elan edər-etməz fəlakətlərlə üzləşdik, ərazilərimiz işğal olundu, xalqımıza qarşı soyqırım törədildi, evlərimiz yandırıldı, məscidlərimiz dağıdıldı, təhqir edildi. Bu xalqın bir gözündən yaş heç zaman əskik olmadı. Etiraf edək ki, müstəqilliyin qürurunu tam mənada yaşamağa bizə imkan vermədilər. Amma biz təslim olmadıq”.  

Bunu Anews.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib. Deputat bildirib ki, Azərbaycan Prezidenti xalqı bugünkü möhtəşəm qələbəyə aparan bütün yolları bir hədəfdə birləşdirməyi bacarıb:

"Əsl müstəqilliyimizi təmin edən, bizə dost və müttəfiqlər qazandıran, bizi güclü edən iqtisadiyyat qurduq. Hansı ki, bu illər ərzində dəfələrlə böyüdü, düşmən iqtisadiyyatını 3 dəfə, hərbi büdcəsini isə 6 dəfə üstələyən, heç kimdən asılı olmayan, ehtiyatı borcundan 6 dəfə böyük, Şərqi və Qərbi, Şimalı və Cənubu birləşdirən, vətəndaşın sosial rifahına xidmət edən iqtisadiyyata sahib olduq. "Bizim bayrağımız Şuşada dalğalanacaq, o günü biz hər gün öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” – Bu sözlər isə Ali Baş Komandan İlham Əliyevə aiddir. Bu gün o gündür! Deyilmişdi – edildi! Ali rəhbərimiz məğlub, amma təslim olmayan BİZ-dən qalib və təslim edən BİZ yaratdı. Müharibədə biabırçı şəkildə məğlub olan düşmən ölkənin iqtisadiyyatı da dağıldı, resursları məhv oldu və sonda kaputilyasiya aktına imza atdılar. Bizim 30 ilimizi oğurlayan işğalçı Ermənistan ən azı 30 il geri düşdü. Azərbaycan iqtisadiyyatı isə bütün sınaqlara sinə gərdi, o da bu döyüşdə bu qalib oldu. Öz dayanıqlığı, çevikliyi və müasirliyi ilə. Bu qələbə azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlağıdır. Bizim yumruğumuz bizim birliyimizdir! Azərbaycan xalqı uluöndər Heydər Əliyev və Prezident cənab İlham Əliyev ətrafında hər zaman bir oldular! Bu birlik hər zaman düşmənlərin başında bir yumruq oldu. İndidən sonra da olacaq”.  

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol